Nakauta düşən boksçu öldü
Tarix: 17-09-2015, 18:06 | Çap et
Nakauta düşən boksçu öldü
Cənubi Afrika Respublikasında keçirilən boks müsabiqəsində bədbəxt hadisə baş verib.

Vertikal.az qol.az-a istinadən xəbər verir ki, Eastern Cape bölgəsində təşkil olunan yarışın ilk raundunda rəqibi Sipenati Qampinin zərbəsinə tuş gələn Mzvanele Kompolo xəstəxanaya aparılıb.

Nokauta düşən gənc boksçunun həyatını xilas etmək mümkün olmayıb. Xəbəri təsdiqləyən Cənubi Afrika Respublikasının idman naziri Fikile Mbalula "belə gələcək vəd edən boksçunun ölüm xəbərini vermək çox ağırdır" deyib.

Qeyd edək ki, daha öncə 28 yaşlı avstraliyalı boksçu Devid Braun filippinli həmkarı Karlo Maqali döyüşün 12-ci raundunda nokauta düşmüş və aparıldığı xəstəxanada 4 gün sonra vəfat edib.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net