"Evdar xanımlarımız sənətçilərdən də dəbli görünürlər"
Tarix: 17-09-2015, 18:02 | Çap et
"Evdar xanımlarımız sənətçilərdən də dəbli görünürlər"
Xalq artisti Brilliant Dadaşova imicini tez-tez dəyişməyi sevmir.

Axşam.az-ın məlumatına görə, müğənni bu haqda “Yeri gəlmişkən” verilişində deyib:

“Zeynəb Xanlarovanın saçı hər zaman qapqara olub, heç vaxt da dəyişməyib. Hər zaman da sevilib. "İmicimi dəyişim, yoxsa sevənlərim azalar" deyə, bir hal yoxdu. Məndən olsa, heç vaxt saç rəngimi dəyişmərəm. Saç ustam, yaxınlarım müdaxilə edir. Deyirlər ki, səhnə adamısan dəyiş. İnsan özünü necə yaxşı hiss edirsə, elə də görünməlidir. Daxilin nə cürdüsə, o da zahirinə əks olunacaq. İndi evdar xanımlarımız sənətçilərdən də dəbli görsənirlər. Hələ müğənnilər geridə qalıb. Gözəllik salonları inkişaf edib. Türkiyəli stilistlər Bakıda fəaliyyət göstərirlər. Xanımlar onların xidmətindən istifadə edirlər”.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net