"Bank Technique" məhkəməyə verildi
Tarix: 17-09-2015, 17:47 | Çap et
"Bank Technique" məhkəməyə verildi
"İnteryer-S" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) "Bank Technique" Açıq Səhmdar Cəmiyyətini (ASC) məhkəməyə verib.

Report xəbər verir ki, MMC kredit müqaviləsinə əsasən borcunun silinməsini tələb edir.

İşə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində baxılır.

Qeyd edək ki, "İnteryer-S" şirkəti izləmə kameralarının quraşdırılması və sazlanması işi ilə məşğul olur. "Bank Technique" isə 1994-cü ildə "Rəşadbank" adı altında fəaliyyətə başlayıb, 4 il sonra "Texnika Bank", 2012-ci ildən isə "Bank Technique" adlandırılıb.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net