Teatr direktoru da deputat olmaq istəyir
Tarix: 17-09-2015, 17:10 | Çap et
Teatr direktoru da deputat olmaq istəyir
Bakı Uşaq Teatrının direktoru və bədii rəhbəri İntiqam Soltan 1 noyabrda keçiriləcək parlament seçkilərində iştirak edəcək. Moderator.az-ın məlumatına görə, onun namizədliyi Azərbaycan Demokratik İslahatlar Partiyası tərəfindən irəli sürülüb.

Bu gün İ.Soltanın sənədləri ADİP sədrinin müavin Əli Cəfərov tərəfindən 35 saylı Xətai III DSK-ya təqdim olunub.

Namizədliyi ilə bağlı danışan İ.Soltan bildirib ki, deputatı xalq seçdiyi üçün, özünü xalqdan ayırmamalı, seçici ilə qalstuksuz ünsiyyətdə olmalıdır: “Siyasәtdә mәdәniyyәt vacib amildir. Xәyanәtkar, yaltaq olmadan da xalqın, millәtin, dövlәtin xidmәtindә durmaq olar. Hesab edirəm ki, Azәrbaycanda dövlət və ya qeyri-dövlət təşkilatlarının əsas fəaliyyət istiqaməti insana xidmət, uşaqlara sevgi üzərində formalaşmalıdır".





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net