Qusarda 19 tikili su altında qalıb, 3 nəfər xilas edilib
Tarix: 17-09-2015, 16:28 |
Çap et
Fövqəladə Hallar Nazirliyi Qusarda leysananın vurduğu ziyan barədə məlumat açıqlayıb. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, leysanın nəticələrinin aradan qaldırılmasına nazirliyin Şimal Regional Mərkəzi, Mülki Müdafiə Qoşunları və Qusar rayon Dövlət Yanğından Mühafizə Hissəsinin qüvvə və vasitələri cəlb olunub. Qusar şəhəri, Çiləgir və Köhnə Xudat kəndləri üzrə ümumilikdə 19 tikili qismən su altında qalıb, onlardan 3 ev dağılıb, 3 nəfər vətəndaş Şimal Regional Mərkəzinin əməkdaşları tərəfindən dağıntılar altından xilas edilib, xəsarət alan bir nəfər isə aidiyyəti üzrə təhvil verilib.
Hazırda nazirliyin əraziyə cəlb olunmuş qüvvələri tərəfindən su çəkmə işləri davam etdirilir.