Deputat olmaq istəyənlərin sayı 743-ə çatdı
Tarix: 17-09-2015, 16:25 | Çap et
Deputat olmaq istəyənlərin sayı 743-ə çatdı
Milli Məclisə 1 noyabrda keçiriləcək seçkilərlə əlaqədar bu günə qədər 743 nəfərin namizədliyi irəli sürülüb.

Məkəzi Seçki Komissiyasının Media və ictimai əlaqələr şöbəsindən AzVision.az - a verilən məlumata görə, bu şəxslərdən 369 nəfərinin namizədliyi siyasi partiyalar, 29 nəfərin namizədliyi “Azadlıq-2015” siyasi partiyalar bloku, 2 nəfərin namizədliyi təşəbbüs qrupları tərəfindən, 343 nəfərin namizədliyi isə fərdi qaydada irəli sürülüb.

Namizədliyi irəli sürülən 743 nəfərdən 558 nəfərin namizədliyi təsdiq olunub və onlardan 469 nəfəri imza vərəqi alıb. Imza vərəqi alan 469 nəfərdən 30 nəfər artıq imza vərəqlərini qaytarıb.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net