Dolların üzərində ilk dəfə arvad şəkli ola bilər
Tarix: 17-09-2015, 15:51 | Çap et
Dolların üzərində ilk dəfə arvad şəkli ola bilər
ABŞ-da prezidentliyə namizəd Ceb Buş 10 dollarlıq əsginasın üzərində Marqaret Teteçerin fotosunu həkk etməyi təklif edib.

Avropa.info xəbər verir ki, bu ideyanı o, Respublikaçılar partiyasının prezidentliyə digər namizədi ilə debatı zamanı deyib.

Buş fikrini belə izah edib ki, Tetçer Amerika prezidenti Ronald Reyqanın ən yaxın tərəfdarlarından biri olub.

Qeyd edək ki, bu yay ABŞ Maliyyə nazirliyi 10 dollarlıq əsginasın üzərində qadın rəsmi həkk edəcəyini bildirmişdi. Gözlənilir ki, bu əsginaslar 2020-ci ildə, ABŞ-da qadınlara səs hüququnun verilməsinin 100 illik münasibətilə qəbul olunacaq.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net