Xalq artistinin ərinin evindəki qətlə görə məhkəmə başladı
Tarix: 17-09-2015, 14:36 |
Çap et
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycanın xalq artisti Nuriyyə Əhmədovanın keçmiş həyat yoldaşı Xanlar İbadovun evində Sabir Qurbanovu qətlə yetirən Yelena Maxrovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Virtualaz.org saytının əldə edtiyi xəbərə görə, prosesə hakim Faiq Qəniyev sədrlik edib.
Prosesdə şahid qismində Akif Abdullayev ifadə verib. Məhkəmə prosesi sentyabrın 22-dək təxirə salınıb.
Xatırladaq ki, qətl hadisəsi bu il martın 8-də Sabunçu rayonunun Bakıxanov qəsəbəsində baş verib. Əvvəllər məhkum olunmuş S.Qurbanov və onunla qeyri-rəsmi nikah münasibətlərində olan Y.Maxrova X.İbadovun evində yaşayıb. Y.Maxrova mübahisə zəminində S.Qurbanovu qətlə yetirib.
Y.Maxrova Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə) maddəsi ilə ittiham olunur.
İstintaq zamanı hər iki şəxsin tüfeyli həyat tərzi keçirdiyi məlum olub. Hadisə baş verən gün S.Qurbanov evdəki tanışları ilə yeyib-içib. Evə gələn Yelena sərxoş olan əri ilə mübahisə edib. Əsəbini saxlaya blməyən qadın bıçaqla ona bir zərbə vurub. Daxili qanaxmadan S.Qurbanov elə evdə keçinib.