Jalə Əliyeva yenə deputat olmaq istəyir...
Tarix: 17-09-2015, 13:25 |
Çap et
Milli Məclisin bitərəf deputatı Jalə Əliyeva noyabrın 1-ə təyin olunan növbəti parlament seçkilərində iştirak etmək üçün deputatlığa namizədliyini irəli sürəcək.
Bu barədə Publika.az-a J.Əliyeva özü bildirib.
J.Əliyeva yenə də 92 saylı Zərdab-Ucar seçki dairəsindən namizədliyini irəli sürəcəyini deyib: “Hazırda sənədlərimi hazırlayıram. Yəqin ki, yaxın günlərdə sənədlərim seçki dairəsinə təqdim olunacaq”.
J.Əliyeva təmsil olunduğu dairədən YAP-ın namizəd irəli sürməsi məsələsinə də toxunub: “Bu seçkidir, burada kimin seçilib-seçilməməsini seçici həll edir. Nəticə necə olacaqsa, bu, seçki günü bəlli olacaq. İnşallah nəticə seçki günü bilinəcək”.
Xatırladaq ki, hakim Yeni Azərbaycan Partiyası (YAP) 92 saylı Zərdab-Ucar seçki dairəsindən Gülağa İsgəndərovun namizədliyini irəli sürüb.