Ermənistan müdafiə nazirinin Praqada kazino açmaq istəməsi İrəvanı qarışdırdı...
Tarix: 17-09-2015, 12:34 |
Çap et
Ermənistanın Yeni Siyasi Mədəniyyət Partiyasının sədri Ani Zaxaryanın sosial şəbəkələrdə paylaşdığı xəbərdə Müdafiə naziri Seyran Ohanyanın Praqa şəhərində kazino açmağa hazırlaşdığını bildirib.
“Bugün bildim ki, Seyran Ohanyan Praqada kazino açmağa hazırlaşır. Maraqlıdır ordunun pulları ilə yoxsa öz “siyasi atasının” (Serj Sarkisyan) izləri ilə bunu etməyə hazırlaşır? Jurnalistlər siz görürsünüz, bunu araşdırın.”– deyə partiya sədri qeyd edib.
Sosial şəbəkələrdə yayılan digər xəbərə görə, Ermənistan hakimiyyətində təmsil olunun rəhbər şəxslərin Praqada biznesinin mühaifizəsi ilə Ermənistanın Çexiyada səfiri, biznesmen Tiqran Seyranyan məşğul olur. Onun Ermənistan prezidenti Serj Sarkisyan başda olmaqla, milli məclisin spikeri Qalust Sahakyan, müdafiə naziri Seyran Ohanyan, polis rəisi Vladimir Qasparyan, baş prokuror Qevork Qostanyan, İrəvan meri Taron Marqaryanın biznsini idarə etdiyi bildirilir.
Qeyd edək ki, Ermənistan hakimiyyətində təmsil olunan rəhbər şəxslər öz biznes fəaliyyətini xarici ölkələrdə həyata keçirməyə üstünlük verirlər. Belə ki, onlar bu üsulla bizneslərini hər hansı siyası çevriliş olarsa təhlükədən qorumağa, həm də xalqın diqqətini üzərilərindən yayındırmağa nail olmağa çalışırlar.