Şirkətin 60 min dollarını oğurlamış quldur dəstəsinin daha bir üzvü tutulub
Tarix: 17-09-2015, 12:12 |
Çap et
Bakıda quldurluq etmiş qrupun daha bir üzvü tutulub.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsi və Xətai RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində “Qaraçay” təmir-tikinti şirkətindən içərisində 60 min ABŞ dolları və sənəd olan seyfi quldurluq yolu ilə aparmış qrupun digər üzvü - Bakı şəhər sakini Aqşin Mustafayev tutulub, digər şəxs isə müəyyən edilib.