ABŞ-da sunami təhlükəsi elan edildi
Tarix: 17-09-2015, 12:02 |
Çap et
Çilidə baş verən güclü zəlzələdən sonra ABŞ-ın Kaliforniya və Havayi ştatlarında sunaminin yaranması təhlükəsi elan edilib.
Azvision.az- “Reuters”ə istinadən xəbər verir ki, bu barədə ABŞ Milli Hava Xidməti xəbər yayıb.
“Çilidə baş verən güclü zəlzələ sunamilərin yaranması ilə nəticələnib və bununla əlaqədar Havay ştatı və Amerikan Samoası, həmçinin Cənubi Kaliforniya ərazisinin bir hissəsində bu təhlükə ilə bağlı xəbərdarlıq edilib”, - deyə məlumatda bildirilir.
Məlumatda ABŞ ərazisində güclü sunaminin olmayacağı faktı da xüsusi vurğulanır.