Evə basqın edib, qoca ər-arvadı ölümcül döyən şəxs saxlanıldı
Tarix: 17-09-2015, 12:00 |
Çap et
Şəmkir rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində rayonun Qaracəmirli kənd sakinləri 79 yaşlı Qəzənfər Hacıyev və onun həyat yoldaşı 73 yaşlı Roza Hacıyevanı ölümcül yaralayan şəxs müəyyən edilərək saxlanılıb.
Məlum olub ki, hadisəni Hacıyevlərin həmkəndlisi 19 yaşlı Ülfət Məmmədov törədib. O, evə basqın edərək, ev sahiblərini ölümcül döyüb.
İlkin dindirilmə zamanı Ülfət Məmmədov əməlini etiraf edib və cinayəti tamah məqsədilə törətdiyini bildirib.
Ülfət Məmmədov - saxlanılan şəxs: "Əvvəlcə kişi alt paltarında qabağıma çıxdı. Kişini vurdum, sonra qadın çıxdı, onu vurdum. Sonra 2 cavan adam gəldi. Biri məni vurdu, burnum qanadı. Məni VAZ 2107-ə otuzduraraq aparmaq istəyərkən qaçdım".
Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır. (Region TV)