Aparıcı Elgiz: "Deyirlər ki, arvadından qorxursan"
Tarix: 17-09-2015, 11:40 |
Çap et
Bir neçə ay öncə ailə quran ANS-in aparıcısı Elgiz Əkbər şəxsi həyatından danışıb. Lent.az-ın məlumatına görə, tanınmış aparıcı “Günə baxan” verilişində həyat yoldaşına olan hörmətindən danışıb: “Subay vaxtı evə saat 1, ya 2-də gəlirdim. İndi ailə qurmuşam deyə, evə gecə saat 23-da gəlirəm. Dostlarla gecə oturub,çay içirəm, saat 23 olan kimi deyirəm ki, evə gedirəm. Dostlar da deyir ki, “Arvaddan qorxursan”. Anlamırlar ki, qorxmaq başqa şeydir, hörmət başqa. Mən xanımımdan niyə qorxum? Öldürəcəklər məni? Yox. Bu sadəcə xanımıma göstərdiyim dəyərdir. Saat 20-dan sonra gəlirəm evimə. Evlərinə gecə saat 3-də, ya 5-də gələn kişiləri anlamıram”.
Qeyd edək ki, E.Əkbər bu ilin mayın 9-da Əsmər adlı xanımla ailə qurub. Aparıcı toyunu mediaya qapalı etmişdi.