“Şərqə hərbi müdaxilə Qərbə yeni qaçqın ordusundan başqa heç nə qazandırmayacaq”
Tarix: 17-09-2015, 11:35 | Çap et
“Şərqə hərbi müdaxilə Qərbə yeni qaçqın ordusundan başqa heç nə qazandırmayacaq”
Rusiyanın Suriyaya ordu yeritməsindən sonra Qərbin bu istiqamətdə fəallaşacağı, hərbi əməliyyatların yeni mərhələsinə start verəcəyi ilə bağlı fikirlər səslənməkdədir. Maraqlıdır, Qərb dövlətlərinin Şərqdə hərbi əməliyyatların miqyasını genişləndirməsi nə ilə nəticələnə bilər? Qərbin öz maraqlarını silah gücünə təmin etməsi mümkündürmü?
Bununla bağlı Moderator.az-a açıqlama verən politoloq Zərdüşt Əlizadə belə bir siyasətin Qərbə uğur qazandırmayacağını bildirib. Ekspertin sözlərinə görə, bu, Qərb üçün düşünüldüyündən daha ciddi problemlərə gətirib çıxarda bilər:
“Təbii ki, silah gücünə, hərbi müdaxilə vasitəsi ilə Qərbin ciddi mənada nəyəsə nail olması mümkün deyil. Bunu anlamaq üçün sadəcə Liviya nümunəsinə nəzər salmaq kifayətdir. Qərb Liviya məsələsiundə olduqca aqressiv davrandı. Bir sıra Qərb ölkələri Liviya üzərinə tonlarla bomba tökdü. Bəs bunun nəticəsi nə oldu? Hər şey öz həllini tapdı? Xeyr! Əksinə, Avropa on minlərlə qaçqın qazandı. Əgər Qərb yenə də hərbi müdaxiləyə əl atsa, eyni mənzərə ilə qarşılaşacaq. Qərbin Şərqə hərbi müdaxiləsi ona yeni qaçqın ordusundan başqa heç nə qazandırmayacaq”





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net