Bakıda yüzlərlə məktəblinin həyatı təhlükədə - HƏYƏCAN
Tarix: 16-09-2015, 15:59 | Çap et
Bakıda yüzlərlə məktəblinin həyatı təhlükədə - HƏYƏCAN
Bakının Nizami rayonu ərazisində yerləşən 62 saylı məktəb-lisey və Yasamal rayonu ərazisindəki “Gənc İstedadlılar” Liseyində təhsil alan şagirdlərin həyatı təhlükə qarşısındadır. Elə düşünməyin ki, problem təhsillə bağlıdır.

Əsla, elə deyil.

Söhbət yüzlərlə şagirdin həyatına olan təhlükədən gedir.

Hər iki məktəbə bitişik ərazidə hündürmərtəbəli binalar tikilir. Qaldırıci kranlar nəinki məktəbin həyətinin, məktəbin binasının üzərində dövrə vurur. Dözülməzi odur ki, həmin kranlar məktəb uşaqları səhər toplanışına düzüləndə də dayanmırlar.

Diqqət edək, son günlər kranın aşması nəticəsində Həcc ziyarətinə gedənlərin neçəsi dünyasını dəyişdilər.

Heç kim təminat verə bilməz ki, Bakıda sabah həmin kranlar məktəblilərin üzərinə düşməyəcək.

Və əlaqədar təşkilatlar, Fövqəladə Hallar Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti, Təhsil Nazirliyi sanki bu dəhşəti görmürlər. Görsələr, yüzlərlə şagird - müəllimin həyatını risk altına atmazlar.

Dünyanın heç bir yerində belə özbaşnalıqla rastlaşmaq mümkün deyil. Doğrudanmı, hansısa iş adamının mənzil satıb pul qazanması dövlət üçün yüzlərlə məkətblinin həyatından daha önəmlidir.

Dərs saatlarında da tikinti işlərinə ara verilmir. Gərək bir neçə məktəbli həlak ola, sonramı tikinti işləri dayandırıla...

Suallar çox, cavab verən yox...

Məsələ ilə bağlı Modern.az-a müraciət edən valideynlər ciddi narahatçılıqlarını ifadə ediblər.

Onlar mətbuat vasitəsilə əlaqədar qurumlara müraciət edib, bu özbaşnalığa son verilməsini istəyiblər.

Əks təqdirdə, kütləvi şəkildə uşaqlarını məktəbə buraxmayacaqlarını, ölkə Prezidenti İlham Əliyevə müraciət edəcəklərini qeyd ediblər.

P.S. Mövzu ilə bağlı əlaqəli dövlət qurumlarının rəyini öyrənmək mümkün olmadı. Məsələyə yenidən qayidacağıq.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net