Jirinovski dava salıb Dumadan getdi
Tarix: 16-09-2015, 15:51 | Çap et
Jirinovski dava salıb Dumadan getdi
Rusiyanın Liberal Demokrat Partiyası bu gün tam heyətdə Dövlət Dumasını tərk edib.

Axar.az xəbər verir ki, buna səbəb partiyanın sədri Vladimir Jirinovski ilə Vahid Rusiya Partiyasının üzvü İrina Rodnina arasında baş verən qalmaqal olub.

Tərəflər arasında konflikt Amur vilayətində keçirilən qubernator seçkilərinə görə baş verib. Jirinovski partiyasının nümayəndəsi İvan Abramovun qələbə qazandığını, Vahid Rusiya Partiyasının namizədi Aleksandr Kozlovun isə məğlub olduğunu bildirib. O, səsvermənin nəticələrinin yoxlanılması üçün xüsusi komissiyanın yaradılmasını tələb edib və prezidentdən Kozlovun qələbəsini tanımamasını, ikinci turun keçirilməsini istəyib.

Lakin Jirinovskinin çıxışı zamanı atılan bəzi replikalar, xüsusilə Vahid Rusiya Partiyasından İrina Rodninanın sözlərinə siyasətçi sərt cavab verib və onu təhqir edib.

Jirinovskinin çıxışından sonra Vahid Rusiya Partiyasının birinci müavini Nikolay Bulaev onun xanım siyasətçidən üzr istəməsini tələb edib. Lakin Jirinovski buna cavab olaraq partiya üzvləri ilə birgə Dumanı tərk edib.

LDP-nin birinci müavini Aleksey Didenko tələbləri yerinə yetirilmədiyi müddətcə Dumanın iclasına qatılmayacaqlarını bildirib.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net