Dünyasını dəyişən qardaşına mahnı oxudu – audio
Tarix: 16-09-2015, 15:38 | Çap et
Dünyasını dəyişən qardaşına mahnı oxudu – audio
Müğənni Tacir Şahmalıoğlu “Qardaş” adlı yeni mahnısını sevənlərinin ixtiyarına verib.

Axşam.az-ın məlumatına görə, sənətçi bəstəni ötən ay dənizdə bataraq, dünyasını dəyişən qardaşı Mahir Allahverdiyevə həsr edib.

Qeyd edək ki, M.Allahverdiyev Tacir Şahmalıoğlunun ən kiçik qardaşıdır. İyulun 31-i M.Allahverdiyev və digər 2 nəfər Novxanı çimərliyində skuter ilə dənizə çıxıblar. Məlum olmayan səbəbdən skuter aşıb. Hadisə nəticəsində 36-yaşlı M.Allahverdiyev batıb. Digər iki nəfərdən fərqli olaraq, onun üzərində xilasedici jiletin olmadığı bildirilib.






Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net