İŞİD-in videolarına baxıb anasını doğradı
Tarix: 16-09-2015, 15:28 |
Çap et
Danimarkada yaşayan 15 yaşındakı bir gənc qız səhərə qədər izlədiyi İraq-Şam İslam Dövləti (İŞİD) terror qruplaşmasının videolarına baxdıqdan sonra anasını bıçaqlayaraq öldürüb. Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, danimarkalı Lisa Borch ingilis məhbuslar David Haines və Alan Henningin İŞİD yaraqlıları tərəfindən başlarının kəsildiyi videoları izlədikdən bir neçə dəqiqə sonra anasını 20 dəfə bıçaqlayaraq qətlə yetirib.
Polis daha sonra uşağın kompüterini araşdıranda qızın səhərdən axşama qədər İŞİD videolarını izlədiyi ortaya çıxıb.
Borchun 29 yaşındakı iraqlı sevgilisi Abdullahla birlikdə İŞİD-ə qatılmaq üçün Suriyaya getməyi planladığı da iddia edilir. Borch 1 ili ıslah evində olmaq üzrə 9 il həbs cəzasına məhkum edilərkən, sevgilisi isə 13 il həbsə məhkum edilib.