FaktXəbər-in verdiyi məlumata görə, Almaniyanın BMW avtomobil konserninin baş direktoru Harald Kryuqer yeni avtomobilin prezentasiyasında elə səhnədən xəstəxanaya aparılıb. Belə ki, təqdimatın tam ortasında o, əlləri ilə başını tutaraq huşunu itirib. Cangüdənlər onu qaldıraraq səhnədən çıxarıblar. Bununla da prezentasiya bitib.
Qeyd edək ki, avtokansernin rəhbəri hazırda xəstəxanadadır. Həkimlər onun insult keçirdiyini bildiriblər.