Akif Nağı: "Aronyan Bakıdan rədd olub getməlidir"
Tarix: 16-09-2015, 15:02 | Çap et
Akif Nağı: "Aronyan Bakıdan rədd olub getməlidir"
"Bakıya gələn erməni şahmatçılarından biri, yalnız biri-Levon Aronyan qalıb, qalanları uduzub gediblər. L.Aronyan da rədd olub getməlidir". Moderator.az-ın məlumatına görə, bu sözləri mətbuata verdiyi açıqlamada QAT sədri Akif Nağı bildirib.

Akif Nağı QAT-ın Azərbaycan hakimiyyətindən, beynəlxalq təşkilatlardan erməni nümayəndələrin Bakıya dəvət olunması praktikasına son qoymağı, ermənilərin bu yolla öz məkrli təbliğatlarını həyata keçirmək cəhdlərinə şərait yaratmamağı tələb edir.

Xatırladaq ki, erməni idmançılar Şahmat üzrə Kubokda iştirak etmək üçün Bakıya gəliblər.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net