Akif Nağı Sərdar Cəlaloğluna rəqib oldu
Tarix: 16-09-2015, 13:22 |
Çap et
QAT sədri Akif Nağı Milli Məclisə seçkilərdə namizədliyini 9 saylı Binəqədi seçki dairəsindən verib.
QAT-dan Moderator.az-a verilən məlumata görə, o, bu gün ərizə ilə həmin dairənin seçki komissiyasına müraciət edib.
A.Nağı bildirib ki, QAT-ın mərkəzi ofisi bu ərazidə yerləşir, dairənin sakinləri, seçiciləri ilə sıx əlaqələri var, ona görə də bu dairəyə üstünlük veriblər.
Xatırladaq ki, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu da namizədliyini bu dairədən irəli sürüb.