YAP onlardan kimi seçəcək?
Tarix: 16-09-2015, 12:22 |
Çap et
Yeni Azərbaycan Partiyası deputatlığa namizədlərinin siyahısını nəhayət ki, açıqladı. Hakim partiya 7 Seçki Dairəsindən namizəd irəli sürməyib.
Əsasən hazırkı millət vəkillərinin adına rast gəlinən siyahıda yeniliklər də yox deyil. Bu sırada 25 qadın namizədin olmasını və bir neçə gəncə şərəf verildiyini qeyd etmək olar.
"AZƏRFAKS" xəbər verir ki, siyahıda diqqətçəkən məqamlardan biri də YAP-ın tanınmış simalarından olan, Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri Şəmsəddin Hacıyevin bu dəfə Seçki Dairəsini dəyişməsidir. 2010-ci ildə keçirilmiş Parlament seşkilərinə 89 saylı Göyçay-Ağdaş seçki dairəsindən qatılmış Ş.Hacıyev bu dəfə Bakını seçib. Belə ki, YAP onun namizədliyini 29 saylı Səbail seçki dairəsindən irəli sürüb. Maraqlıdır ki, bu dairəni hazırda millət vəkili Fuad Muradov təmsil edir. O, 2005-ci ildə keçirilmiş III çağırış Milli Məclisə seçkilərdə də məhz bu dairədən seçilmişdi.
Qeyd edək ki, F.Muradov hələlik namizədliyini irəli sürməyib.