“Başqa meyxanaçılar bunu özünə yaraşdırır, mən yox“
Tarix: 16-09-2015, 12:02 |
Çap et
Sənətçi Namiq Qaraçuxurlu meyxananın hazırki vəziyyətindən şikayətlənib
İfaçı “Günə baxan” verilişində artıq toylarda meyxana demədiyini bildirib:
“Meyxananı heç vaxt buraxmaram. Bu mənim canımda, qanımda olan sənətdir. Sadəcə toylarda meyxana demirəm. Efirdə, canlı musiqi olan yerdə söyləyirəm. Bu il sənətimə qayğım az olub. Gələn ildən meyxanaya olan diqqətim artacaq. Meyxananın bugünki vəziyyəti məni qane etmir, ürəkaçan deyil. 4-5 il əvvəl deyirdim, "Bəlkə mən qəbul edə bilmirəm". Zamanında mən dəyişikliklər edəndə ustadlar razılaşmırdı. Amma sonradan o yeniliklərdən istifadə edirdilər. Düşündüm ki, mən haqsızam. Neçə vaxtdır beynimdə analiz edirəm. Meyxananın üslubu dəyişir, həftəbecər janr çıxıb. Mənim fikrimcə bu yaxşı deyil. Gənc meyxanaçılarla danışmışam, hamısı məcburiyyətdən edir. Yaxşı alınmır. Mənim toyda meyxana deməməyimin səbəbi odur ki, gedirəm toya gözəl deyişmə söyləyirəm, cavanlar istəmir. Deyir, “Şinanay” söylə". Bəlkə başqası özünə yaraşdırır. Mən özümə yaraşdırmıram. Bəlkə başqasına yaraşır. Bir vaxtlar "Rəvayət", "Papanın gül balası” çıxdı, meyxana haralara yol açdı: Namiq Qaraçuxurlu “Şəfa” stadionunda təkbaşına konsert verdi, digər meyxanaçılar saraylarda çıxışlar etdi. Meyxana Kremlə gedib çıxdı. Artıq o ab-hava qalmayıb. Bəzən toylara da yaraşdırmırlar. Deyirlər, ancaq toy axşamında olsun. Bu, yaxşı nəticə deyil. Gələn ildən konsertlərimin sayını çoxaldacağam. Gənc, istedadlı ifaçıları dəvət edəcəyəm. Bu sahədə xidmətimiz çoxalsın”.(axşam,az)