“20 kilo artıq çəkim var”
Tarix: 16-09-2015, 11:15 | Çap et
“20 kilo artıq çəkim var”
“Şou-biznesdə qruplaşmaların sadəcə adı var, hər kəs öz işindədir. Mən şou-biznesdə baş verənlərə qarışmıram”.

Bu sözləri “Qafqazinfo”ya açıqlamasında müğənni Ayaz Qasımov deyib. O, şou-biznesdəki qalmaqallara belə reaksiya verib:

“Bizim şou-biznesimiz maraqlıdır, müasirdir, inkişaf edir. Amma buradakı məntiqsiz qalmaqalları bəyənmirəm, müğənnilər mənasız yerə qalmaqal yaradır. Heç vaxt gündəmdə qalmaq üçün süni qalmaqal yaratmamışam. Buna ehtiyacım olmayıb. Sənətdən yoxa çıxsam da, qalmaqal yaratmaram. Bacarığım, gözəl ifam varsa, niyə özümü gözdən salmalıyam? Şou-biznesin özəyi qalmaqaldır. Mən əsl sənət, ciddi musiqi ilə məşğulam. Hazırda bəzi şeylərə təlabat olmadığı üçün sakit sənətimlə məşğulam, heç kimin bostanına daş atmıram, artıq söz-söhbətlərə baş qoşmuram. Onu da əlavə edim ki, mən şou-biznesdə olan heç bir qruplaşmada yoxam. Şou-biznesdə qruplaşmaların sadəcə adı var, hər kəs öz işindədir. Mən şou-biznesdə baş verənlərə qarışmıram”.

Uzun müddətdir ki, arıqlamağa çalışan müğənni kilo verməməyinin səbəbini açıqlayıb:
“İstirahətdən yeni qayıtmışam, orda da kilo aldım. İstirahətdə övladlarımla oynadım, ailəmə vaxt ayırdım, dadlı yeməklər yedim və dieti unutdum. Böyük çəkim olduğunu düşünmürəm, amma arıqlamaq istəyirəm. Şəkim 100 kq-dan artıq deyil. Yaşıma görə 20 kilo artıq çəkim var. Artıq kilolar məndə kompleks yaratmır. Həyat yoldaşım da köklüyümdən razıdır”.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net