Əlindəki torbadan 4 kq-dan çox tiryək çıxdı
Tarix: 16-09-2015, 11:07 |
Çap et
Bakıda qonaq olan Siyəzən sakinindən 4 kq-dan çox narkotik vasitə aşkar edilərək götürülüb.
Bakı şəhər Baş Polis İdarəsindən (BŞBPİ) Trend-ə verilən məlumata görə, Nizami RPİ NMB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, Siyəzən rayon sakini, 1968-ci il təvəllüdlü Feyruz Əliyevin əlindəki sellofan torbadan 4 kiloqram 010 qram, üzərindən 1,762 qram narkotik tərkibli maddə tiryək aşkar olunaraq götürülüb.
Faktla bağlı araşdırma aparılır.