İmişlidə valideynlər uşaqlarını yarıuçuq məktəbə buraxmadı (VİDEO)
Tarix: 16-09-2015, 11:04 | Çap et
İmişlidə valideynlər uşaqlarını yarıuçuq məktəbə buraxmadı (VİDEO)
İmişli rayonunun Qızılkənd sakinləri dünən - Bilik günündə kənd orta məktəbinin qarşısında aksiya keçiriblər, valideynlər övladlarını məktəbə getməyə qoymayıblar.

Buna səbəb isə məktəbin bərbad gündə olması olub. Sakinlər təzə məktəbin tikilib istifadəyə verilməsini tələb edirlər, əks halda uşaqlarını bu bərbad məktəbə buraxmayacağını deyirlər.

Qızılkənd sakinləri virtualaz.org saytına açıqlamalarında aksiyanı bu gün də davam etdirdiklərini deyiblər. Onlar hazırda kənd sakinlərinin məktəbin qarşısına toplaşdıqlarını, icra başçısının gələcəyini gözlədiklərini bildiriblər.

Rəsmi qurumların mövqeyini öyrənib dərc etməyə çalışacağıq.






Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net