Demokratlar yenə bloklamalı oldular
Tarix: 16-09-2015, 11:00 |
Çap et
ABŞ Senatındakı demokratlar İran nüvə sazişini zərbə altında qoyan qanunvericiliyi ikinci dəfə bloklamalı olub. Nüvə sazişi İranla altı superdövlət arasında əldə olunub. Məqsəd İranın atom proqramını məhdudlaşdırması əvəzində iqtisadi sanksiyaları qaldırmaqdır.
Sentyabrın 16-da respublikaçılar ikinci dəfə səsvermə keçirməyə çalışsalar da, 100 yerlik Senatda qətnamənin keçməsi üçün 60 səsi toplaya bilməyiblər.
Ancaq bu, Senatda sonuncu səsvermə deyil. Çoxluğun lideri Mitch McConnell sentyabrın 17-nə üçüncü səsverməni təyin edib.
Respublikaçılar tələb edir ki, Tehran İsraili dövlət kimi tanısın, İrandakı amerikalı məhbuslar buraxılsın, daha sonra sanksiyalar qaldırılsın.
“Bu debat istənilən halda davam edəcək,” respublikaçı lider deyib.
Respublikaçıların çoxu gələn ilki seçkilərdə demokratların İran sazişinə dəstəyindən yararlanaraq qələbə qazanmağa ümid edirlər. Belə ki, ABŞ-dakı rəy sorğuları sazişi elə də güclü dəstəkləmir.