
Dünya birjalarında neftin qiyməti bahalaşmaqda davam edir.
Axar.az “Bloomberg”ə istinadən xəbər verir ki, “Brent” markalı xam neftin bir barrelinin qiyməti 1,01 dollar bahalaşaraq 47,87 dollar olub.
VTİ markalı neft isə 0,39 dollar artaraq 44,97 dollara yüksəlib.