ABŞ-a qoşulub Şərqi viran qoydular
Tarix: 15-09-2015, 18:39 | Çap et
ABŞ-a qoşulub Şərqi viran qoydular
Xəbər verdiyimiz kimi dünən baş tutan Milli Məclisin növbədənkanar iclasında Avropa Parlamentin Azərbaycana qarşı sərgilədiyi mövqe müzakirə olunub.

Deputatlar Avropa parlamentarilərinin ikili standartlar siyasətindən bəhs edərək bildirib ki, Qərb 20 ildən çoxdur Azərbaycanın işğal altında olan torpaqlarına, məcburi köçkünlərin hüquqlarının pozulmasına göz yumur.

Hafta.az-a məsələ ilə bağlı açıqlama verən Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə Qərbi riyakarlıqda ittiham edib:

“Hazırda Avropa Parlamentində təmsil olunan siyasətçilər riyakarlardı. Onlar siyasətə çörək ağacı kimi baxırlar, buna görə də aldıqları tapşırıqları yerinə yetirməklə məşğuldular. Biz hazırda Qərbdə 20 il bundan öncə olan Avropanı, Qərb siyasətçilərini görə bilmirik. Sonuncu qaçqınlardan sonra biz deyə bilərik ki, köhnə Avropa artıq yoxdur, təzə Avropanın isə necə olacağı məlum deyil. İslam dövləti, radikallar dövləti olacaq bu hələ ki, bilinmir. Avropa Parlamentinin sədri Valter Şults seçiləndən sonra bu qurumun taleyi daha da qaranlığa qərq olub. Mən onu çox yaxşı tanıyıram. Şults Alman Sosial Demokrat Partiyasının sədridir. 4 il öncə Hanesburqda baş katib seçkiləri keçirilən zaman o, və onun ətrafı əllərindən gələn bütün saxtakarlıqları edirdilər ki, müstəqil siyasətçi olan Luis Arla seçkilərdə qalib gələ bilməsin. Onun yerinə əllərində müqəvva olacaq qızı seçmək üçün seçki hüququ olan şəxslərə pul təklif edirdilər. Belə bir şəxsin gəlib korrupsiyadan danışması başa düşülən hal deyil. Görsünlər ki, nəyə görə ABŞ-ın Avropa liderlərini dinlədiyi məlum olduqdan sonra. Avropa rəhbərləri ABŞ-la razılaşaraq Rusiyaya qarşı sanksiyalara qoşuldu? Bildiyimiz kimi bu sanksiyalardan Avropa dövlətləri də çox ziyan çəkdi, amma buna baxmayaraq onlar ABŞ-ın təklif etdiyi formada Rusiyaya qarşı sanksiyalarda iştirak etdi. Avropanın liderlərinin nə qəbahət işi var ki, bu gün onlar ABŞ-dan qorxaraq səs yazılarının yayılmasından narahatdılar.? ABŞ-ın bunların səs yazısını yazdıqdan sonra avropalı liderlər Amerikaya ləbbey dedilər, ABŞ-a qoşularaq Yaxın Şərqi viran qoydular. Avropa 1 milyondan artıq qaçqın qəbul edib. Bu hal daha da geniş vüsət alacaq, Rusiyaya tətbiq olunan sanksiyalardan da Qərb dünyası ziyan çəkib. Avropanın aparıcı ölkələrinin fermerləri küçələrə tökülərək müflis olduqlarını açıqlayıblar. Özlərinin bu boyda problemləri olduğu halda onların bizim daxili işlərimizə qarışması doğru hal deyil”.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net