İran Çin şirkətlərini qəbul etməyə hazırdır
Tarix: 15-09-2015, 17:30 | Çap et
İran Çin şirkətlərini qəbul etməyə hazırdır
“İran Çinin Yaxın Şərqdəki gərginliyin həllinə kömək etməsini istiyir və sanksiyaların ləğvindən dərhal sonra daha çox İran şirkətləeini qəbul etməyə hazırdır”.

Bunu İranın xarici işlər naziri Mohammad Javad Zarif sentyabrın 15-də Pekində çinli həmkarı Wang Yi ilə görüşdə deyib.

Zarif Çinin İran neftinin əsas təlabatçılarından biri olduğunu vurğulayıb.

O həmçinin bu iki ölkənin oxşar problemlər və imkanlarla üzləşdiyini bildirib.

Wang Yi isə bildirib ki, Çin İranın nüvə proqramı ilə bağlı əldə edilmiş sazişin yerinə yetirilməsində fəal və əməli rol oynacaq və bu sahədə vədini yerinə yetirəcək.

İyulda İranla 6 dünya ölkəsi arasında əldə olunmuş sazişdə İranın nüvə proqramını dondurması və əvəzində ona qarşı sanksiyaların aradan qaldırılması və ya ləğvi nəzərdə tutulur.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net