AKP-nin qurultayına Azərbaycandan 2 partiya dəvət olunub
Tarix: 15-09-2015, 16:41 | Çap et
AKP-nin qurultayına Azərbaycandan 2 partiya dəvət olunub
Ötən şənbə Ankara şəhərində Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının V qurultayı keçirilib. AzPolitika.info-ya daxil olan məlumata görə, AKP-nin ali yığıncağına Azərbaycandan 2 siyasi partiya dəvət olunub.

Bunlar Ədalət və Yeni Azərbaycan partiyalarıdır.

Ədalət Partiyasının sədri, millət vəkili İlyas İsmayılov və onun müavini Ayaz Əfəndiyev, Yeni Azərbaycan Partiyasından İdarə Heyətinin üzvü, Milli Məclisin sədr müavini Bahar Muradovanın rəhbərliyi ilə partiyanın nümayəndə heyəti bu məqsədlə Türkiyədə səfərdə olublar.

YAP nümayəndə heyətinə Səbail rayon təşkilatının sədri, Milli Məclisin Elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev və partiyanın Nəsimi rayon təşkilatının sədri, deputat Məlahət İbrahimqızı daxildir.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net