Fransada suriyalı qaçınlardan şəhəri tərk etmələri istənildi
Tarix: 15-09-2015, 16:13 |
Çap et
Bələdiyyə başçısı suriyalıların şəhəri tərk etməsini istəyib.
Fransanın cənubundakı Beziers şəhərinin xarici və İslam əleyhdarı açıqlamaları ilə bilinən bələdiyyə başçısı Robert Menard Suriyalı qaçqınları şəhərdə istəmədiyini dilə gətirib
Beziers bələdiyyəsinin rəsmi internet saytında Menardın Suriyalı qaçqınların La Deveze məhəlləsində yaşadığı bir dövlət lojmanına həddindən artıq sağçı Milli Cəbhə partiyasının millət vəkilləri ilə reallaşdırdığı basqının görüntüləri yayımlanıb.
"Məmləkətimizə xoş gəlmədiniz" başlığıyla yayımlanan görüntülərdə Menard, üzü göstərilməyən qaçqınla mübahisə edərək "Buraya xoş gəlmədiniz. Polisə xəbər verəcəyəm, buranı tərk edin" deyib.
Menard ayrıca, qaçqınları "İstifadə olunmayan dövlət lojmanını qanunsuz işğal etməklə" də günahlandırıb.
Marine Le Penin liderliyini etdiyi həddindən artıq sağçı Milli Cəbhə partiyasından bələdiyyə başçısı seçilən Menardın, qatıldığı bir televiziya proqramında "Məktəblərdəki tələbələrin yüzdə 64-nün Müsəlman olduğu" açıqlaması reaksiyalara gətirib çıxarmışdı.
"Tələbələrin mənsub olduğu dinlə əlaqədar statistik məlumat yığdığı" iddia edilən Menard haqqında istintaq başladılmışdı.
Menardın rəhbərliyində yer aldığı Sərhəd Tanımayan jurnalistlər Təşkilatının (RSF) iyun 2002-ci ildə Parisdə açdığı və "mətbuat azadlığını pozduğu" irəli sürülən ölkələrin liderlərinin portretinin olduğu sərgidə, keçmiş baş qərargah rəisi General Hüseyn Kıvrıkoğlunun portreti də yer almış, bu Türkiyə ilə Fransa arasındakı əlaqələrdə böhrana yol açmışdı.