İŞİD “WhatsApp” vasitəsilə özünə tərəfdar toplayır
Tarix: 15-09-2015, 13:24 |
Çap et
Hindistanın Kerala ştatının sakini yerli polis idarəsinə gələrək İraq-Şam İslam Dövləti (İŞİD) terror qruplaşmasının “WhatsApp” vasitəsilə onu öz sıralarına cəlb etmək istədiyini deyib. Modern.az xarici mətbuata istinadla xəbər verir ki, Kasarqod şəhər sakini telefonundakı “WhatsApp”əlavəsinə Şami adlı tanımdadığı şəxsdən ərəbcə audiosəslər və şəkillər göndərilib. Həmin şəxs onu “Dawtaltul İslam Dwah” qrupuna da daxil edib.
İŞİD qruplaşmasının təbliğ olunduğu video və audiogörüntülər sonda Kasarqod sakinin polis getməyə vadar edib.
Sentyabrın əvvəllərində isə Kasarqod şəhərinin inzibati mərkəz iolduğu Kerala ştatında “İslam dövləti” qruplaşmasına qoşulmağı planlaşdıran 11 nəfər həbs olunmuşdu.