“Qarabağ”la oyun üçün 25 min bilet satılıb
Tarix: 15-09-2015, 11:42 |
Çap et
Avropa Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək "Tottenhem" - "Qarabağ" oyununa bilet satışı davam edir.
“Qafqazinfo” xəbər verir ki, hazırda bu oyuna 25 000 bilet satılıb. Oyunun keçiriləcəyi "Uayt hart Leyn" stadionu 36 min azarkeş tutumuna malikdir.
Sentyabrın 17-də baş tutacaq bu qarşılaşma Bakı vaxtı ilə 00:05 start götürəcək.