Amerikalı generaldan etiraf: “Rusiya qarşısında üstünlüyümüz əriyir”
Tarix: 15-09-2015, 11:30 |
Çap et
Avropadakı ABŞ Hərbi Hava Qüvvələrinin komandanı general Frenk Qorents Rusiyanın hərbi potensialını xeyli artırdığını deyib. Modern.az xarici KİV-ə istindla xəbər verir ki, amerikalı general Rusiya Hərbi Kosmik qüvvələrinin xüsusi təhlükə mənbəyi olduğunu deyib:
“Bizim havada olan üstünlüyümüz əriyir. Söhbət yalnız Rusiyanın istehsal etdiyi təyyarələrin keyfiyyətindən getmir, həm də onların müəyyən zonalara çıxış blok edə bilmələri narahat edir”.
Qorentsin fikrincə, Rusiya Kosmik Qüvvələrinin imkanları NATO və ABŞ qarşısında xeyli genişlənib.
Frenk Qorents ABŞ Hərbi Hava Qüvvələrinin yeni taktika və metodlardan istifadə etməsinin vacibliyini irəli sürüb.