Bayden namizəd ola bilmir - Oğlunun ölümünə görə...
Tarix: 11-09-2015, 18:38 |
Çap et
ABŞ-ın vitse-prezidenti Joe Biden bildirib ki, 2016-cı ildə keçiriləcək prezident seçkisində mübarizə apara biləcəyinə hələ ki, inanmır, çünki bu yaxınlarda oğlu Beau Bidenin ölümündən sonra hələ də özünə gələ bilməyib.
O sentyabrın 11-də "The Late Show" televiziyasına müsahibəsində ağır seçki kampaniyasının öhtəsindən gələcəyinə inanmadığını deyib.
Hərbi veteran olan Beau Biden 2015-ci ilin mayında 46 yaşında beyin xərçəngindən vəfat edib.
Keşmiş Dövlət katibi Hillary Clinton hazırda Demokrat partiyasından prezidentliyə əsas namizəd hesab olunur.
Onun yaxın rəqibi isə senator Bernie Sandersdir.