"Şakro" Rövşən Lənkəranskinin adamına dəstək vermədi
Tarix: 11-09-2015, 18:20 | Çap et
"Şakro" Rövşən Lənkəranskinin adamına dəstək vermədi
Cinayətkar aləmdə daha çox “Rüfət Gəncinski” kimi tanınan 34 yaşlı Ülfət Tağıyevin bu yaxınlarda Moskvadan cəzasını çəkəcəyi yeni məkana gəlməsi, “baş ofisdən” onun kriminal statusunun tam olaraq müəyyənləşdirməsini tələb etdi.

Oxu.az “Praym Kraym” İnformasiya agentliyinə istinadən xəbər verir ki, Tağıyevin səlahiyyətlərinin lehinə və əleyhinə olan tərəflərin qiyabi qızğın müzakirələrdən sonra "Şakro" tərəzinin gözünü sonuncuların xeyrinə əyib.

Xatırladaq ki, 2012-ci ilin dekabr ayında Dubayda Rövşən Canıyevin (Rövşən Lənkəranski) cangüdəni və “xüsusi tapşırıqları yerinə yetirən”ləri olan Rüfət Gəncinski və Hacı Beyləqanski onun böyük oğru ailəsinə “şəxsi töhfəsi” olublar. Tağıyev Moskvada "Ded Xasan"ın sifarişli qətlində şübhəli bilindiyi üçün saxlanılmışdı. Rüfət üçün tikilmiş “qanlı şleyfdən” istintaq yalnız bir “kommersiya” epizodunu sübut edə bilmişdi.

"Ded Xasan"ın aradan götürülməsinə aidiyyət öz təsdiqini tapmadı... Birbaşa dəlillərin yoxluğuna baxmayaraq "Ded"in tərəfdaşları öz patriarxlarının aradan götürülməsində Tağıyevi günahlandırırdılar. Buna görə Rüfət Mirikodan başlayaraq Racikə qədər “Matrosskaya tişina"da oğrular tərəfindən “özününkü” hesab edilmirdi, administrasiya isə intiqamdan çəkindiyi üçün onu 2 il müddətində digər məhkumlardan təcrid etmişdilər.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net