Deputat YAP-ın namizəd siyahısından danışdı
Tarix: 11-09-2015, 18:02 | Çap et
Deputat YAP-ın namizəd siyahısından danışdı
YAP məqbul bildiyi vaxtda namizədlər siyahısını açıqlayacaq.

Bunu Axar.az-a YAP-çı deputat Aydın Mirzəzadə deyib.

Millət vəkilinin sözlərinə görə, partiya Seçki Məcəlləsinin tələblərinə uyğun şəkildə addım atacaq.

A.Mirzəzadə qeyd edib ki, YAP parlament seçkilərində iştirak edəcək namizədlər siyahısını açıqlayana qədər digər partiyaların da taktikalarını qurmaq imkanı yaranır:

“Yeni Azərbaycan Partiyası əsas siyasi qüvvələrdən biridir. Siyahını açıqlamamağımızın başqa siyasi qüvvələrin fəaliyyətinə hər hansı bir təsiri yoxdur. Digər siyasi partiyalar və yaxud müstəqil şəxslər də sərbəst şəkildə öz namizədliklərini verə bilərlər”.

Qeyd edək ki, Azərbaycan Respublikası Milli Məclisinə seçki noyabrın 1-də keçiriləcək.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net