Bu gün Müsavat Partiyası Divanının növbədənkənar iclası keçirilib.
Partiyadan Avropa.info-ya verilən məlumata görə, iclasda 111,115 və 54 saylı Seçki Dairələrindən Müsavat Partiyası namizədlərinin irəli sürülməsi haqda qərar qəbul edilib.
Eyni zamanda, Müsavat Partiyası səlahiyyətli nümayəndələrinin növbəti siyahısı təsdiq olunub.

