Xamneyi "Twitter"dən lənətlər yağdırdı
Tarix: 11-09-2015, 15:32 | Çap et
Xamneyi "Twitter"dən lənətlər yağdırdı
İran lideri ayətullah Əli Xamneyi bəyan edib ki, İsrail 25 ildən çox sağ qalmayacaq.

Avropa.info xəbər verir ki, Xamneyi bu haqda “Twitter” hesabında bəyan edib:

“Mən İsrailə demək istəyirəm ki, o, növbəti 25 il ərzində mövcud olmayacaq. Allah izin verərsə, yer üzündə sionist rejim deyilən anlayış olmayacaq. O zamanadək mübariz cihadçı ruhu sionist rejimə bir dəqiqə olsun rahatlıq verməyəcək”.

“Altılıq ölkələri” ilə bağlanan nüvə müqaviləsini şərh edən Xamneyi deyib ki, amerikalılarla danışıqlar yalnız nüvə sahəsində aparılıb.

“Bəzi adamlar Böyük Şeytanı (ABŞ) xilaskar mələk kimi təqdim etmək istəyirlər. Lakin İran xalqı Böyük Şeytanı öz ölkəsindən qovub. İndi biz onu qovmuşkən təkrar hakimiyyət geri alması üçün qapı və pəncərələrimizdən içəri girməyə izn verməməliyik”





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net