Səfir: Rəsmi Parisin Dağlıq Qarabağda "Fransanın mədəniyyət günləri" ilə əlaqəsi yoxdur
Tarix: 11-09-2015, 11:43 | Çap et
Səfir: Rəsmi Parisin Dağlıq Qarabağda "Fransanın mədəniyyət günləri" ilə əlaqəsi yoxdur
Fransa hakimiyyəti ölkənin Dağlıq Qarabağda "mədəniyyət günləri" barədə məlumatlı deyil və bu tədbirlə heç bir əlaqəsi yoxdur.

Bunu Trend-ə Fransanın Azərbaycandakı səfiri Paskal Mönye sentyabrın 17-19-da işğal edilmiş Dağlıq Qarabağda keçiriləcək "Fransanın mədəniyyət günləri"ni şərh edərkən deyib.

Diplomat bildirib ki, Fransa Dağlıq Qarabağın "müstəqilliyi"ini tanımır və bu regionun qondarma "hakimiyyət"i ilə ikitərəfli əlaqələri yoxdur.

P.Mönye əlavə edib ki, Fransa Ermənistan və Azərbaycanın dostu kimi Rusiya və ABŞ-la Dağlıq Qarabağ probleminin danışıqlar yolu ilə nizamlanmasında vasitəçilik missiyasını davam etdirəcək.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net