Rusiyada alkoqolizmin dəhşətli STATİSTİKASI
Tarix: 10-09-2015, 18:25 |
Çap et
Rusiya Səhiyyə Nazirliyi ölkədə alkoqolizmin səviyyəsi ilə bağlı həyəcan təbili çalır.
Modern.az Rusiya mətubatına istinadən xəbər verir ki, nazirlik rəsmisi Oleq Salaqay ölkədə ölümlə nəticələnən zorakılıq cinayətlərinin 2/3-sinin alkoqol qəbulu ilə bağlı olduğnu deyib.
“Rusiyalı alimlərin hesablamalarına görə zorakılıqla müşayiət olunan ölüm hallarının 2/3-ü içki faktoru ilə bağlıdır. Ürək-damar xıəstəlikləri ilə bağlı ölümlərin də 25%-i spirtli içkilərin hədsiz qəbulu səbəbindən baş verir”.
Ölkədə risk qrupuna daxil olan şəxslər 20-39 yaş arasındadır. Oleq Salaqayın sözlərinə görə spirtli içki qəbulu rus kişilərinin, insult halları isə qadınların əsas ölüm səbəbidir.