Cəbhəçiyə “Əli Kərimliyə dəstək bəyanatı" müqabilində pul təklif olundu
Tarix: 10-09-2015, 15:53 |
Çap et
AXCP Etimad Qurultayı Təşkilat Komitəsinin Nərimanov şöbəsinin fəalı Maarif Mehdiyevə ilginc təklif edilib. Cebhe.info-ya daxil olan məlumata görə, sentyabrın 8-də ona gizli nömrədən zəng gəlib və qarşı tərəf ilginc təkliflə çıxış edib. Belə ki, Maarif Mehdiyevə pul müqabilində “Azərbaycan saatı” verilişinə çıxmaq və Razi Nurullayev haqqında bəyanatla çıxış etmək təklif edilib. Maarif Mehdiyevə guya Razi Nurullayevin onu aldadaraq Etimad Qurultayı Təşkilat Komitəsinə aparması barədə fikir səsləndirmək təklif edilib. Maarif Mehdiyevə bildirilib ki, müəyyən məbləğ qarşılığına Əli Kərimlinin yanında olması barədə bəyanat versin. Maarif Mehtiyev təklifi qəbul etməyib və doğru yolda olduğuna inandığını, Razi Nurullayevi dəstəklədiyini vurğulayıb.