Moskvada `tanrı` həbs olundu
Tarix: 10-09-2015, 15:23 | Çap et
Moskvada `tanrı` həbs olundu
Moskva polisi özünü `tanrı Kuzya` adlandıran destruktiv sektanın rəhbərini saxlayıb.

Bu barədə AzVision.az `İnterfax`-a istinadən xəbər verir.

`Özünü `tanrı` adlandıran destruktiv sektanın təşkilatçısı və onun yaxın köməkçiləri həbs olunub. 7 ünvan üzrə Moskvada yerləşən mənzillərdə axtarış aparılıb, böyük məbləğdə pul, spesifik ədəbiyyat və ekzotik heyvanlar müsadirə olunub”,- deyə Moskva polisinin mətbuat xidmətinin rəhbəri Andrey Qaliakberov bildirib.

Hüquq mühafizə orqanları əməkdaşları “Tanrı Kuzya” sektasının təşkilatçısı və onun tərəfdarlarından 43 milyon rus rubl və 100 mindən çox ABŞ dolları müsadirə olunub. Sektantlara qarşı `Fırıldaqçılıq` maddəsi üzrə iş qaldırıla bilər.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net