Rusiyadan Azərbaycana köçürülən pul 50 faiz azalıb - STATİSTİKA
Tarix: 10-09-2015, 15:09 |
Çap et
Rusiyadan Azərbaycana köçürülən pul vəsaitlərinin miqdarı ötən illə müqayisədə 50 faiz azalıb. Modern.az Rusiya Mərkəzi Bankına istinadən xəbər verir ki, 2015-ci ilin ilk rübündə Rusiyadan Azərbaycana 155 milyon dollar pul köçürülüb.
Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 50 faiz azdır. Belə ki, 2014-cü ilin birinci rübündə Rusiyadan Azərbaycana ödəmə sistemləri vasitəsilə 310 milyon dollar vəsait köçürülüb. 2014 maliyyə ilində Rusiyadan Azərbaycana transfer edilən ümumi məbləğin həcmi isə 1,374 milyard dollar olub.
Lakin Qərbin sanksiyaları, enerji daşıyıcılarının dünya bazarındakı qiymətlərinin ucuzlaşması, rublun ucuzlaşması və digər faktorlar şimal qonşumuzda maliyyə böhranı ilə üzləşməsinə səbəb olub.
Pul köçürmələrindəki azalma bütün postsovet ölkələrində müşahidə olunur.
Maraqlıdır ki, 2015-ci ilin ilk 3 ayında Azərbaycandan Rusiyaya 47 milyon dollar vəsait transfer edilib. Halbuki ötən ilin eyni dövründə bu vəsait 29 milyon dollar, 2014-cü ilin yekununda isə 149 milyon dollar təşkil edirdi.