Hərbi hissə komandirinin müavini həbs edildi - Rüşvətə görə
Tarix: 10-09-2015, 13:17 | Çap et
Hərbi hissə komandirinin müavini həbs edildi - Rüşvətə görə
Azərbaycan Müdafiə Nazirliyinin hərbi hissələrindən birinin komandir müavini, polkovnik Fuad Qocayev rüşvət ittihamı ilə həbs edilib.
Moderator.az - a hərbi mənbələrdən verilən məlumata görə, F. Qocayev Respublika Hərbi Prokurorluğunda başlanmış cinayət işi ilə bağlı istintaqa cəlb olunub və Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə təqsirlən şəxs qismində cəlb edilməklə Bakı Hərbi Məhkəməsinin qərarı ilə barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
F. Qocayev hazırda Bakı İstintaq Təcridxanasında saxlanılır.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net