Abşeronda faciə: damda öldü
Tarix: 10-09-2015, 12:50 |
Çap et
Bu gün Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron şəhərində 1 nəfərin yaşadığı binanın damında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Lent.az nazirliyin saytına istinadən xəbər verir ki, müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xilasedicilər hadisə yerində əməliyyat şəraitini qiymətləndirərkən məlum olub ki, 1950-ci il təvəllüdlü Hüseynov Vaqif Məmməd oğlu ürək çatışmazlığından vəfat edib.
Xilasedicilər binanın damından vətəndaşı cəsədini aşağı endirib və aidiyyəti üzrə təhvil veriliblər.