Kim Kardaşyanın 18 yaşlı bacısı onu geridə qoydu
Tarix: 10-09-2015, 11:46 |
Çap et
Kardaşyan ailəsinin ən kiçiyi olan Kayli Cenner 18 yaşı münasibətilə fotosessiya etmək qərarına gəlib.
ANS PRESS-in məlumatına görə, məşhur aktrisa Kim Kardaşyanın bacısı, həmçinin model Kayli Cenner yetkinlik yaşına çatmağı şərəfi ilə, ABŞ jurnalı Galore üçün kifayət qədər açıq-saçıq fotosessiyada çəkilib. Fotosessiyanın müəllifi qalmaqallı fotoqraf Terri Riçardson olub.
Məşhur model Riçardsonun sevimli formasında-ağ fon, alt paltar və dekolte modellərlə fotosessiya edir.
Cenner öz yaşı haqqında deyib ki, gənc yaşında daha uzun müddət qalmaq istəyir. "Səmimi desəm, 18 yaşında olmaq istəmirəm. İstərdim ki, ömrümüm sonuna qədər 17 yaşında qalım.Tamamilə böyümək arzusunda deyiləm. Əbədi gənc olmaq və həyatdan həzz almaq istəyirəm. Əfsuslar olsun, həyat tərzim məni hətta daha əvvəl böyüməyə məcbur edib"- deyə tanınmış model əlavə edib.
Bu xəyallar tamamilə Cennerə öz şəxsi markasını irəli çəkməyə mane olmur. Müsahibə verən zaman model bildirib ki, yaxınlarda yeni sayt buraxacaq. Saytda xeyli videolar yerləşdiriləcək. Həmin videoda onun kimi cəzbedici dodaqlara sahib olmağın yolları nümayiş etdiriləcək.