Şərq Hərbi Dairəsi döyüş vəziyyətinə gətirildi
Tarix: 9-09-2015, 18:20 |
Çap et
Rusiya Şərq Hərbi Dairəsinin döyüş hazırlığının yoxlanılması üçün Sibirdə təlimlərə start verilir.
Axar.az aif.ru-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Xəbərə görə, 50 pilotun iştirakı etdiyi təlimlərdə döyüş təyyarələri də iştirak edəcək. Onlar 2,5-4 min kilometr məsafədə uçuş reallaşdıracaq.
Xatırladaq ki, bir neçə gün öncə Rusiya Prezidenti Vladimir Putinin əmri ilə qoşunların ani döyüş səviyyəsinin yoxlanılması məqsədilə 7-12 sentyabr tarixlərində təlimlər keçirilir. Manevrlərdə təxminən 95 min hərbçi və 170 döyüş təyyarəsi iştirak edir.